®AccessBank 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə yeni nağd kredit kampaniyasına start verir. Oktyabr ayını əhatə edən kampaniya çərçivəsində təhsil işçiləri 40.000 AZN-dək nağd krediti öz seçiminə uyğun olaraq kreditin illik faizinə və ya komissiyasına 1% endirim ilə əldə edə və ya kampaniya çərçivəsində krediti AccessBank-dan indi alıb əsas məbləğ üzrə ödənişi 3 ay sonra edə bilərlər.
Kampaniya çərçivəsində minimal illik faiz dərəcəsi 10%, komissiya isə 0% – dən başlayır.
Kampaniya üzrə güzəştlər 10% faizdən başlayan faiz dərəcəsi (minimal illik faiz dərəcəsi 10% – dən aşağı olmamaq şərti ilə) və 1-3% faiz komissiya ilə 40.000 AZN-dək və 48 ay müddətinədək təklif edilən istehlak kreditlərinə şamil olunur.
Kampaniya 31.10.2023 tarixinədək qüvvədədir.
Nağd krediti bankın bütün filiallarından və ya linkdəki formu dolduraraq sifariş etmək mümkündür. Məhsul haqqında əlavə məlumatları accessbank.az saytından, Bankın sosial media hesablarından (Facebook, Instagram, LinkedIn) , həmçinin 151 Əlaqə mərkəzinə zəng edərək əldə etmək mümkündür.
Bank 25 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 245 saylı lisenziya əsasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında fəaliyyət göstərir.