“AccessBank” “Endirimdə ÇEMPİON” kampaniyasının müddətini uzatdı ®

Planlarınızın reallaşdırılması və ya biznesinizin genişləndirilməsi üçün sərfəli kredit axtarmaqdan yorulmusunuz? İstəyirsiniz ki, kreditinizin faizi getdikcə azalsın? O zaman axtarışlarınızı dayandırın və siz də minlərlə AccessBank müştərisi kimi “Endirimdə ÇEMPİON” adlı kredit kampaniyasından yararlanın.

“AccessBank” müştəriləri tərəfindən böyük maraqla qarşılanan “Endirimdə ÇEMPİON” kampaniyasının müddətini oktyabrın 31-dək uzadıb. Kampaniya çərçivəsində 50 min manatadək mikro və 30 min manatadək nağd pul krediti götürən şəxslər nə az, nə çox – düz 10%-dək ENDİRİMdən yararlana bilərlər. Belə ki, kredit üzrə illik faiz dərəcəsi kreditin verilmə anından etibarən və hər 12 aydan bir 2% azalır.

“Endirimdə ÇEMPİON” kampaniyasından yararlanaraq siz də öz sahənizin çempionu olun!

Kredit sifariş etmək üçün bu keçiddən istifadə edin.