Azərbaycanın kommersiya bankı “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin “Fitch” reytinq agentliyindəki reytinqini geri çağrılıb.
Bankdan Banker.az-a daxil olan məlumata görə, bu “Accessbank”ın öz xahişi əsasında baş tutub.
Reytinq agentliyi sonuncu dəfə “Accessbank”ın kredit reytinqini “C” səviyyəsində proqnoz vermişdi.
Xatırladaq ki, “Accessbank” Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank rebrendinq edərək öz fəaliyyətini “AccessBank” olaraq davam etdirməyə başlayıb.
Ötən il EBRD bu bankı ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank elan etmişdi.
Hazırda “Accessbank”da “Qara Dəniz Ticarət və İnkişaf Bankı”, “Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD)”, Beynəlxalq Maliyyə Korporasiyası, “KFW – Kreditanstalt für Wiederaufbau” olmaqla hər biri bankın 20% səhmlərinə, “Access Microfinance Holding AG” – 16,53% və LFS Financial Systems GmbH – 3,47%-nə nəzarət edirlər