13 C
Baku
Friday, November 22, 2024

“AccessBank” fiziki şəxslər üçün təklif etdiyi kreditin faizlərini endirib

“AccessBank” QSC fiziki şəxslər üçün təklif etdiyi istehlak kreditlərindən birinin faizlərini endirib, şərtləri bir qədər də yumşaldıb.

Bu barədə Banker.az bankın  rəsmi internet səhifəsinə istinadla xəbər verir.

Məlumata görə, “Təminatlı” kreditinin illik faiz dərəcəsi üçün başlanğıc faizini 23%-dən 18%-ə endirib.

Kreditin məbləğinin maksimal həddini 60 000 manatdan 70 000 manata qədər qaldırıb.

“Təminatlı” kredit 1%-lik komissiya ilə təklif edilir.

“AccessBank” müştərinin və ya birinci dərəcəli qohumunun adına olan daşınmaz əmlakı təminat qismində qeydiyyata alır.

Qeyd edək ki, bank hazırda fiziki şəxslər üçün “Nağd”, “Kredit kartı” və “Təminatlı” kredit məhsulları təklif edir.

Son xəbərlər
Digər xəbərlər