8 C
Baku
Sunday, November 17, 2024

AccessBank III rübü xalis mənfəətlə başa vurub

AccessBank cari ilin ilk 3 rübünü xalis mənfəətlə başa vurub.

Banker.az bankın təqdim etdiyi hesabata istinadən xəbər verir ki, bankın xalis mənfəəti 5 milyon 269 min manat təşkil edib. Hesabat dövründə bankın faiz gəliri 100 milyon 264 min, qeyri-faiz gəliri isə 8 milyon 541 min manat olub. Faiz xərcləri 41 milyon 107 min manat olan bankın 52 milyon 671 min manat həcmində qeyri-faiz xərcləri olub. Ötən ilin 3-cü rübü ilə müqayisədə gəlir və xərclərdə artım aşağıdakı kimi olub:

faiz gəlirləri – 37.9%;

qeyri-faiz gəlirləri – 14.6%;

faiz xərcləri – 19.6%;

qeyri-faiz xərcləri – 14.6%.

2022-ci ilin ilk 9 ayında bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.9% 1 milyard 52 milyon 83 min manata çatıb. Aktivlərin 72.8%-i müştərilərə verilmiş kreditlərin payına düşüb. Belə ki, bu dövrdə müştərilərə 765 milyon 424 min manat kredit verilib ki, bu kreditlərin 80.1%-i (612 milyon 874 min manat) biznes kreditləri, 19.2%-i (147 milyon 117 min manat) istehlak kreditləri, 0.7%-i (5 milyon 433 min manat) daşınmaz əmlak kreditləri olub.

Hesabat dövründə bankın öhdəlikləri 956 milyon 372 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13.5% çoxdur. Bankda fiziki şəxslərin depozitləri 675 milyon 47 min manat, hüquqi şəxslərin depozitləri isə 127 milyon 135 min manat olub. Fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin ilk 9 ayı ilə müqayisədə 21% artıb. Hüquqi şəxslərin depozitlərinin həcmində isə 3.6% azalma var.

123567

123as

234 1

234523456

 

 

 

Son xəbərlər
Digər xəbərlər