AccessBank ili mənfəətlə başa vurmaq istəyir

Sona çatmış 2019-cu il bütünlüklə maliyyə sistemi, xüsusilə də bank sektoru üçün uğurlu olub. Bərpa prosesi xüsusən, tənzimləyicinin bütün prudensial normativlərinə riayət edən əksər banklarda hiss olunub. “AccessBank”ın ötən il əldə etdiyi nailiyyətlər, eləcə də cari ilə olan planları haqqında bankın İdarə Heyətinin sədri Anar Həsənov “APA-Economics”ə müsahibə verib. 

– 2020-ci ildə bankdan hansı yeni layihələr və məhsulları gözləyək?

– Bankın layihələrinin böyük bir hissəsi müştərilərin bankla əlaqəsindən qazandığı təəssüratların yaxşılaşdırılmasına yönəldilib. Bunun üçün biz öz mobil və internet bankçılığımızı təkmilləşdirəcək, onlayn təklif etdiyimiz məhsul çeşidlərini artıracaq, bank kartları ilə əlaqədar təkliflərin üzərində işləyəcəyik və s.

2020-ci ildə biz daxili prosesləri optimallaşdırmaqda, müştəri üçün bürokratik əngəlləri azaltmaqda və bankı müasirləşdirməkdə davam edəcəyik. Biz əməkdaşlarımızın diqqətlərini sövdələşməni icra etməkdən daha çox, müştəriyə yönəltməsini istəyirik. Buna görə də əməkdaşların yükünün azaldılması, onların peşəkar hazırlığı və təkmilləşməsi bank üçün xüsusi önəm daşıyır.

– Cari ilin planlarından danışaq. Bank bu il nə kimi yeniliklər etmək niyyətindədir? Maliyyə göstəriciləri üzrə proqnozlar və gözləntilər necədir?

– Bizim əsas vəzifəmiz ili mənfəətlə başa vurmaqdır. Həmçinin, kredit portfelinin təkmilləşdirilməsi üzrə də kifayət qədər böyük planlarımız var. Biz bu planları, ilk növbədə, daxili bazarda vəsaitlərin cəlb olunması hesabına həyata keçirmək niyyətindəyik. Biz müştərilərin “AccessBank”a etibar etdiyini və öz vəsaitlərini bizim bankda saxlamaq istədiklərini görürük. Düşünürəm ki, daxili resurslardan istifadə etməklə həmin vəsaitlərin düzgün yerləşdirilməsi ən sağlam kombinasiya və inkişaf modelidir.

Yuxarıda qeyd etdiyim kimi, biz özümüzü aqrar sahədə, orta və kiçik biznesdə görürük. Bununla əlaqədar olaraq, bu istiqamətdə öz aparıcı mövqeyimizi qoruyub saxlamaq üçün böyük işlər görürük. Biz, xüsusən, regionlarda effektiv filial şəbəkəsinə malikik. Regional filiallar aqrobiznesin inkişafını nümayiş etdirirlər və mənim fikrimcə, bu il biz regional səviyyədə əminliklə inkişaf edəcəyik.

Bu gün bank sektorunda öz biznes modellərini şəffaf və effektiv şəkildə qurmağa və müştərini daha da əlçatan etməyə çalışan çoxsaylı oyunçular var. Düşünürəm ki, ölkənin bank sektorunda müştəri uğrunda rəqabət gələcəkdə də artacaq. Bu xüsusda sürətli və keyfiyyətli xidmət səviyyəsi həlledici rol oynayacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları