“Accessbank” ilin ilk 3 rübü ərzində 75 mln. əlavə depozit cəlb edib

“Accessbank” QSC-nin depozit portfeli 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 75 milyon artaraq 376,8 milyon manata çatıb.

Banker.az bu barədə Bankın cari ilin 3-cü rübünə olan maliyyə göstəricilərinə istinadən xəbər verir.

Hesabata görə, Bankın cəmi kapitalında da bu artım özünü göstərir. Belə ki, ilin 2-ci rübü ilə müqayisədə 3-cü rüb “Accessbank”ın cəmi kapitalı 20% artaraq 78,4 milyon manat olub.

Hazırda bankın, kredit portfeli 497,6 milyon, cəmi aktivlərinin həcmi azalaraq 852 milyon manat olub.

Bankın öhdəlikləri 16,5% azalaraq 773,6 milyon manata düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər