8 C
Baku
Friday, December 13, 2024

AccessBank-ın 5 mln. manatlıq istiqrazını bir investor əldə edib

“ACCESSBANK” QSC-nin buraxılış həcmi 5 milyon manat olan istiqrazların Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 28 iyun 2024-cü il tarixində yekunlaşıb.

Birjanın yaydığı məlumata görə, istiqrazlara 1 investor tərəfindən 1 sifariş təqdim olunub. İstiqrazlar tam məbləğdə yerləşdirilib. 

20 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “ACCESSBANK” QSC-nin buraxılış həcmi 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdi.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: “ACCESSBANK” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005004281

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli

İstiqrazın sayı: 5,000 (ədəd)

İlkin ticarət qiyməti: 1,000 manat

Buraxılış həcmi: 5,000,000 manat

İllik gəlirlilik faizi: 10%

Minimal qiymət: 1,000 manat

Maksimal qiymət: 1,000 manat

Kəsmə qiyməti: 1,000 manat

Ortaçəkili qiyməti: 1,000 manat

Reallaşdırılmış həcm: 5,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 5,000,000 manat

İnvestor sayı: 1

Sifariş sayı: 1

Ödəmə Periodu: İldə günlərin sayı 360(üç yüz altmış) və bir ayda günlərin sayı 30(otuz) gün olaraq götürülməklə hər 3(üç) təqvim ayından bir

Tədavül müddəti: 18 ay

İstiqrazların ödəmə tarixi: 28.12.2025

Anderrayter: “ABB-İnvest İ.Ş” QSC

Son xəbərlər
Digər xəbərlər