AccessBank-ın Baş Meneceri təəssüratlarını bizimlə paylaşdı

Müsahibimiz: AccessBank-ın Baş Meneceri Mixael Hoffmann

Salam, mən Sizə Azərbaycana gəlişiniz, buradakı təəssüratlarınız ilə bağlı bir neçə sual vermək istərdim. Bizim ölkəni və yerli mədəniyyətini necə qiymətləndirirsiniz, mümkünsə öz təəssüratlarınızı paylaşardınız.

Mən artıq bir ildir ki, Azərbaycandayam. Maraqlı ölkədir. Məni ən çox təəssüratlandıran onun inkişaf səviyyəsidir, çox müasirdir, xüsusən də, bura, yəni Bakı şəhəri. Ölkəniz inkişaf edir. Təbii ki, müxtəlif mədəniyyətlər fərqlənir. Amma Azərbaycanda ən çox bəyəndiyim nüans hamının həddindən artıq işgüzar, daha doğrusu zəhmətsevər olmasıdır. Nə demək istədiyimi anlayırsınız.

Mən bunu öz müştərilərimizin timsalında da görürəm. Biz kiçik bizneslərə kreditlər verir və onların inkişafına dəstək oluruq. Və mən görürəm ki, bu yeni başlayan kisik biznes sahibləri öz qurduqları işin daha da böyüməsi üçün nə qədər əmək sərf edir və səy göstərirlər. Onlar bütün ailəliklə biznesin gündən-günə daha da yaxşı olması üçün çalışırlar. Bu həm ölkə üçün yaxşıdır, həm də onların biznes tərəfdaşı qismində çıxış edən AccessBank üçün yaxşıdır.

– Bizdə olan məlumata görə siz Azərbaycana təyinatınızdan öncə fərqli biznes sahələrində çalışmış və müxtəlif elmi sahələr üzrə təhsil almışınız?

Mən əsasən bankçılıq sahəsində ixtisaslaşımışam və bura gəlməzdən öncə uzun müddət Rusiyada, AYİB-in ofisinə rəhbərlik etmişəm. Amma mən həm də Tolyatti şəhərində yerləşən Avtovaz və General Motors şirkətlərinin GM-AvtoVaz birgə müəssisələrinin İdarə Heyətinin üzvü olmuşam.

Bilmək istərdim ki, peşəkar və şəxsi dünya görüşünüzün formalaşmasında hansı sahədəki iş təcrübənizin – biznes və ya bankçılıq daha böyük təsiri olub?

Düzdür, mənim müxtəlif sənaye sahələrində çalışdığım görünə bilər, amma daha çox təcrübəm bankçılıq sahəsindədir və mən özümü daha çox bankçılıq, maliyyə və investisiya sahəsinə məxsus biz insan kimi görürəm. Bu mənim həqiqətən sevdiyim sahədir və mən hesab edirəm ki, insan özünü yaxşı hiss etdiyi və sevdiyi işlə məşğul olmalıdır. Ona görə də düşünürəm ki, bank və maliyyə sahəsinin daha böyük dəstəyi olub mənə.

Bəs bu gün imzalanan müqavilənin şərləri və ya faiz dərəcələri ilə bağlı nəsə deyə bilərsiniz?

Bugünkü müqavilənin şərləri – təəssüf ki, ikitərəfli razılaşmaya əsasən müqavilənin şərtlərini açıqlaya bilmərik, bu informasiya tam məxfi hesab olunur.

Amma mən sizin bayaqkı sualınıza qayıtmaq istərdim. Biz AccessBankın filialları yerləşən Azərbaycan bölgələrinə səfərlər edirik. Dünən mən İmişli, Salyan, Şirvan olmuşam. Azərbaycan doğrudan da çox gözəldir, təəssüratlarım çox böyükdür. Biz həm də Lənkərana getmişdik, orda yağış yağırdı.

Gələn həftə isə Zaqatalaya gedirik. Siz bilirsiniz, Azərbaycan çox möhtəşəmdir.

Nəhayət bilmək istərdim ki, bu ilin sonuna qədər kredit portfelini hansı həddə çatdırmağı düşünürsünüz?

Kredit portfelinin həcmi – gələcəklə bağlı hər hansı bir təxmin və ya proqnoz söyləmək olduqca çətindir. Çünki bu tələbdən asılıdır. Mən sizə indiki rəqəmi deyə bilərəm, icazə verin sizə onu Azərbaycan manatı ilə hesablayaraq deyim, bu təxminən 5 yüz milyon manat edir. Mən həqiqətən ilin sonuna qədər kredit portfelimizin hansı rəqəmi qət edəcəyini bilmirəm, çünki bu müştərilərin tələbatından asılıdır, bu rəqəm, 5, 05, 5,25 və ya 5,30 yüz milyon manat ola bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.