10 C
Baku
Friday, December 13, 2024

AccessBank-ın dəstəyi ilə jurnalistlərə data jurnalistika təlimləri keçirildi

®Milli Mətbuat Günündə Türkiyənin məşhur media eksperti Rahim Ak Azərbaycanlı jurnalistlərə data vizuallaşdırma  mövzusunda təlim keçdi. Təlimə yerli medianın iqtisadiyyat və maliyyə sektorlarından yazan 30-a yaxın nümayəndəsi qatıldı. Ekspert media mənsublarına müasir texnologiyaların jurnalistikada tətbiqi barədə praktik biliklər verdi. Data jurnalistikasında istifadə olunan alətlər, ən son media trendlər barədə məlumatlar paylaşılan təlim sual-cavabla yekunlaşdı. 

Rahim Ak Türkiyədə maliyyə və biznes mediasında uzun illərdir ki, fəaliyyət göstərir. O, “Para” jurnalında, “Dünya” və “Sabah” qəzetlərində müxbirlik edib, öncə “Habertük” qəzetində, daha sonra isə Habertürk.com saytında maliyyə redaktoru kimi fəaliyyət göstərib. İqtisadi Jurnalistlər Birliyi tərəfindən təşkil edilən 12-ci “Uğur mükafatları”nda Rahim Akın “Birjaya böyük dönüş” xəbəri “ilin internet xəbəri” seçilib.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

BAH 3584 BAH 3504 BAH 3447

Son xəbərlər
Digər xəbərlər