8 C
Baku
Friday, December 13, 2024

AccessBank-ın sənədli əməliyyatlarla iş prinsipi UNEC tələbələri tərəfindən maraqla qarşılanıb  ®

AccessBank-ın UNEC-də reallaşdırdığı “Access Business Talks” layihəsinin budəfəki qonağı bankın Sənədli əməliyyatlar üzrə meneceri Fuad Rüstəmov olub.

Fuad Rüstəmov layihə iştirakçılarına sənədli əməliyyatlar sahəsinin özəlliklərindən və iş prinsipindən danışıb: “Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün beynəlxalq təcrübədə bank qarantiyaları və akkreditivlər kimi alətlərdən geniş istifadə olunur. AccessBank da müştərilərinə müxtəlif növ bank qarantiyaları və akkreditivlər təklif edir. Bu prosesdə bank həm öz imkanlarından istfadə edir, həm də dünyanın aparıcı maliyyə institutlarının dəstəyinə arxalanır. Biz müştərinin ehtiyaclarına uyğun alətin seçilməsi sahəsində tam məsləhət veririk“.

Mütəxəssis tələbələrə beynəlxalq ticarətin maliyyələşdirilməsi zamanı istifadə olunan alətləri praktiki misallarla izah edib.

Təqdimatın sonunda qonaq tələbələrlə öz təcrübəsini bölüşüb və onlara bəzi tövsiyələr verib.

Qeyd edək ki, 10 həftə davam edəcək “Access Business Talks” layihəsi çərçivəsində AccessBank-ın əməkdaşları və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.

Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr “AccessBank”da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.

Son xəbərlər
Digər xəbərlər