23 C
Baku
Thursday, July 17, 2025

AccessBank-ın yeni filialı açıldı

Bankın “Bül-Bül” və “Elmlər Akademiyası” filiallarının heyəti yeni ünvanda xidmət göstərir
AccessBank müştərilərə daha yaxın olmaq və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə filial şəbəkəsini optimallaşdırır. Bankın Bakı şəhərində yerləşən “Bül-Bül” filialının fəaliyyəti təmirlə əlaqədar müvəqqəti dayandırıldı və heyəti yeni ünvana köçdü. Artıq həmin filial “Xaqani” filialı olaraq fəaliyyət göstərir.

Bundan başqa, bu günlərdə AccessBank yeni “Nərimanov” filialını istifadəyə verib. “Nərimanov” filialı Bankın “Elmlər Akademiyası” filialının bazasında yaradılıb.

Yeni “Xaqani” filialı Nəsimi rayonu, Nizami küçəsi 100B, “Nərimanov” filialı isə Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında fəaliyyət göstərir.

Qeyd edək ki, müvəqqəti olaraq bağlanan “Bül-Bül” və “Elmlər Akademiyası” filiallarının fəaliyyəti təmirdən sonra bərpa olunacaq.

Son xəbərlər
Digər xəbərlər