“Accessbank” iqtisadçı-jurnalist və digər media sahəsində çalışan şəxslər üçün press-tur təşkil edib.
Bank, 7 və 8 sentyabr tarixində təşkil etdiyi tur Qəbələ şəhərində “Qafqaz Thermal Hotel”ində baş tutub. “Təsirli nitqin 4 sirri” adı altında keçirilən treninq tanınmış təlimçi Rəşad Bayramov tərəfində keçirilmişdir.
Təlimdə əsas məqsədi treninq iştirakçılarına nitq bacarığını inkişaf etdirilməsi və auditoryanı əldə saxlanmasının müxtəlif sirləri öyrədilmişdir. İki hissədən ibarət olan bu təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Turun ikinci günü isə treninq iştirakçıları və “Accessbank” əməkdaşları ilə birlikdə “Tufandağ” Qış-Yay turizim kompleksinə səyahət və kanatlarla gəzinti ilə bitib.
Xatırladaq ki, bu Accessbank-ın ilk layihəsi deyil. Belə ki, bank bundan öncədə jurnalistlər üçün belə bir tur təşkil etmişdi.









