13 C
Baku
Saturday, November 23, 2024

“AccessBank” istehlak kreditinin minimal faiz dərəcəsini 14%-ə endirib

“AccessBank” QSC fiziki şəxslərə verdiyi istehlak kreditinin illik faiz dərəcəsinin minimal faiz dərəcəsini 1.5% bəndi endirib.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, kommersiya bankı “Nağd kredit” kimi təklif etdiyi istehlak kreditinin faiz dərəcəsini 15.5%-dən 14%-ə qədər azaldıb.

“AccessBank” bu krediti Azərbaycan manatında təklif edir. Kreditin minimal məbləği 500 manat, maksimal məbləği isə 30 000 manatdır.

Kommersiya bankı bu krediti 6 aydan 48 ay (4 ilədək) müddətə təklif edir.

Qeyd edək ki, “AccessBank” üç formada istehlak krediti təklif edir. Digər ikisi – Kredit kartı və Təminatlı kreditlərdir.

 

Son xəbərlər
Digər xəbərlər