Banker.azın verdiyi məlumata görə, AccessBank 2017-ci ilin 1-ci rübünə dair hesabatlarını açıqlayıb.
Bank kapitalını 1 rüb ərzində xeyli artırıb. Belə ki, ötən ilin sonuna bankın 52 mln. manat olduğu halda, 2017-ci ilin mart ayının sonuna 67 mln. manata çatdırmağa nail olub.
Digər bankların depozit portfellərində azalma müşahidə edildiyi dövrdə, AccessBankın depozit portfelində əksinə, artım diqqət çəkib. Bank bu ilin 3 ayı ərzində depozit portfelini 284 mln. manatdan 301 mln. manata çatdırıb. Bunun əksi olaraq bankın öhdəlikləri qismən azalaraq 926 mln. manata düşüb.