2 C
Baku
Saturday, December 14, 2024

AccessBank kiçik bizneslərə dəstək üçün $10 milyonluq kredit müqaviləsi imzaladı

Azərbaycanda sahibkarlığın dinamik inkişafına dəstək siyasətinə istiqamətlənən AccessBank, fəxrlə, yeni kredit müqaviləsinin imzalandığını elan edir. Mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsində lider olan bank, İsveçrəli BlueOrchard Finance tərəfindən idarə olunan, BlueOrchard Microfinance Fund – nüfuzlu beynəlxalq maliyyə tərəfdaşından vəsaitlərin cəlb edilməsi prosesini uğurla başa çatdırıb. 

AccessBank-ın, – mikrokreditlərin maliyyələşdirilməsi məqsədi ilə BlueOrchard Microfinance Fund tərəfindən cəlb etdiyi kreditin məbləği 10 mln ABŞ dolları, müddəti isə 3 ildir.  Yeni kredit sazişi, AccessBank-a kiçik və orta biznes kreditləri portfelinin inkişafı, eləcə də, Azərbaycanda sahibkarlığa dəstək tədbirlərinin genişləndirilməsinə imkan yaradacaq. 

“BlueOrchard BlueOrchard Microfinance Fund-dan cəlb edilən kredit, qlobal maliyyə ictimaiyyəti tərəfindən bankımıza göstərilən etimadı əks etdirir və bankın maliyyə dayanaqlığını vurğulayır.  BlueOrchard-dan olan həmkarlarımıza göstərdikləri dəstəyə və Azərbaycanda biznes ictimaiyyətinin daha da gücləndirilməsinə nəzərdə tutulan dəstəyinə görə təşəkkür etmək istərdim”, – AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.

“Maliyyə əlçatanlığının təmin edilməsi  və MKOB-ların dəstəklənməsi fəaliyyətinə  dəstək məqsədi ilə, AccessBank ilə  yeni tərəfdaşlığımızı elan etməkdən məmnunluq duyuruq.  Birgə səylərimizlə Azərbaycan xalqına müsbət töhfələr verəcəyimizə ümid edirik”, – bunu  BlueOrchard-in Baş kredit direktoru Normunds Mizis deyib. 

BlueOrchard sosial dəyişikliklərə investisiyalar üzrə aparıcı qlobal menecerdir. Sosial dəyişikliklər üzrə yenilikçi investor olmaqla, şirkət icmalar və ətraf mühit üçün davamlı müsbət təsir yaratmağa çalışır. BlueOrchard 2001-ci ildə BMT-nin təşəbbüsü ilə mikromaliyyə investisiyaları üzrə dünyada ilk kommersiya meneceri kimi təsis edilb. Bu gün BlueOrchard inkişaf etməkdə olan maliyyə bazarlarında milyonlarla sahibkarı investorlarla birləşdirərək, bütün aktiv sinifləri üzrə investisiya həlləri təklif edir. BlueOrchard indiyədək 105-dən çox ölkəyə 10 milyard ABŞ dollarından çox sərmayə qoyub. 2022-ci ilin dekabr ayından etibarən inkişaf etməkdə olan və sərhəd maliyyə bazarlarında aşağı gəlirli 280 milyondan çox insan BlueOrchard-ın dəstəyi ilə maliyyə və əlaqəli xidmətlərə çıxış əldə edib. BlueOrchard Schroders Group-un üzvüdür. Əlavə məlumat üçün www.blueorchard.com internet səhifəsinə daxil olun.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

Son xəbərlər
Digər xəbərlər