9 C
Baku
Thursday, December 12, 2024

“AccessBank” kredit kartında güzəşt müddətini daha 10 gün artırır

“AccessBank” QSC kredit kartının güzəşt müddətini daha 10 gün artırmaqla bazarda diqqət cəlb etməyə cəhd edir.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bankın fiziki şəxslər üçün nəzərdə tuduğu kredit kartının *grace period-unu  (güzəşt müddəti) 40 gündən 50 günə qədər artırmışdır. Yəni, müştərinin etdiyiniz bütün xərcləmələrə 50 günədək güzəşt müddəti əldə edilə biləcək.

Hazırda AccessBank-da Kredit kartlarının verilmə şərti

  • Məbləğ: 10 000 manat qədər
  • Müddət: 36 ay
  • İllik faiz dərəcəsi: 24 – 26%
  • Güzəşt müddəti: 50 günədək
  • Komissiya: 0%

“Grace Period” – dilimizə tərcümə etdikdə güzəşt mənası anlamını verir. Bu bankların kredit kart məhsullarında tətbiq etdiyi bir opsiyadır.  Opsiya kartdan istifadə edilən vəsaitlərin bank tərəfindən öncədən müəyyən edilmiş period intervalında faizsiz olaraq geri qaytarılmasını təmin edir. Beynəlxalq təcrübələrə nəzər saldıqda bu opsiyanın əksər qabaqcıl banklar tərəfindən tətbiq edildiyini müşahidə edirik. “Grace Period” ilk öncə nağdsız ödənişlərin üstünlük təşkil etdiyi inkşaf etmiş ölkələrdə tətbiq edilməyə başlamışdır.

 

Son xəbərlər
Digər xəbərlər