“AccessBank” QSC 2022-ci il üzrə portfelində üstünlük verdiyi mikro kreditlərin həcmini 546.22 mln. manata çatdırıb.
Banker.az bu barədə Bankın audit hesabatına istinad edir. Audit hesabatını “PwC” audit şirkəti aparıb.
Bu da bankın mikro kreditlər portfelinin illik müqayisədə 152.97 mln. manat və ya 39% artımdır.
Bank mikro kreditlər üzrə portfeli artırmaqla yanaşı onu sağlamlaşdırmağa nail ola bilib. Belə ki, ötən il bu kreditlər üzrə 21.58 mln. manatlıq zərər üzrə ehtiyatın həcmini azaldaraq 17.36 mln. manata endirib.
Bank kiçik və orta biznesən (KOS) verdiyi kreditin həcmini ötən il 38.53 mln. manat (22%) azaltmaqla 136.97 mln. manata salıb. Bu kreditlərdə zərər üzrə ehtiyat son ildə 45.05 mln. manatdan 35.12 mln. manata enib.
“AccessBank” istehlak kreditləri üzrə portfeli 2022-ci ildə 53 mln. manat və ya 57% artırmaqla 145.61 mln. manata yüksəldib.
Beləliklə, bankın cəmi kreditləri son ildə 25% artaraq 828.8 mln. manata yüksəldib.