25 C
Baku
Thursday, June 12, 2025

“AccessBank” mikro kredit portfelini ₼723 milyona yüksəldib

“AccessBank” QSC 2024-cü ildə əsas fəaliyyət istiqaməti olan mikrokredilər üzrə portfelini 722.9 milyon manata çatdırmaqla ölkə üzrə ilk pillədəki yerini qoruyub.

Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.

Hesabata görə, ötən il bank bu seqment üzrə portfelini 75 mln manat və ya 11.6% artırmış olub. İlin əvvəlində mikrokredit portfelinin həcmi 647.6 milyon manat idi.

2024-cü il dekabrın 31-nə olan məlumata görə, bankın müştərilərə verdiyi kreditlər və maliyyə icarəsi üzrə alınacaq məbləğlər ümumilikdə 1 mlrd 171 mln manata yaxın olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14% artımdır.

İstehlak kreditləri də artım göstərib – 2023-cü ildəki 226.4 mln manatdan, 2024-cü ildə 241.6 mln manata yüksəlib. Bu isə illik 6.7% artım deməkdir.

Ən böyük artım isə kiçik və orta biznes kreditləri üzrə müşahidə olunub. Bu kateqoriyada verilmiş kreditlər bir ildə 54.5 mln manat və ya 35.9% artaraq 206.9 mln manata çatıb.

Son xəbərlər
Digər xəbərlər