
“Karantin dövründə sistemləşmə, standartlaşdırma və şəffaflığın önəmi” adlı vebinar fəlsəfə elmləri doktoru, dosent Sakit Səmədov tərəfindən aparılıb. Vebinarda pandemiya dönəmində və ondan sonra biznesin aparılması kimi mövzulara toxunulub.
“AccessBank”ın növbəti vebinarı isə pandemiya dönəmində hüquqi məsələlərin həllinə həsr olunub. Vebinar hüquqşünas Sərxan İbadov tərəfindən aparılıb. Vebinarda fors-major hallar, sığorta hadisəsi, beynəlxalq yükdaşıma və pandemiya zamanı yaranmış hüquqi məsələlərin doğru və zamanında həlli prosesləri kimi mövzular müzakirə olunub.
Mikromaliyyələşdrmə bazarının lideri olaraq, “AccessBank” ölkədə biznesə hərtərəfli dəstək olmaqda davam edir.








