“AccessBank” QSC adi səhmlərin nominal dəyərinin dəyişdirilməsini elan edir.
Banker.az-ın məlumatına görə, “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti (“Bank”) hər bir adi səhminin nominal dəyərinin 4,25 AZN-dən 2,00 AZN-ə redenominasiyasını və müvafiq olaraq nizamnamə kapitalının azaldılmasını elan edir.
Bank qeyd edir ki, adi səhmlərinin nominal dəyərinin azaldılması başa çatdıqdan sonra səhmlərin sayı və səhmdarların strukturu dəyişməz qalacaq.
Bankın məcmu kapital vəziyyəti dəyişməyəcək və requlyativ normanın minimum tələblərindən təxminən üç dəfə artıq qalacaq. Elanla bağlı hər hansı tələb və ya sualınız olarsa, 30 təqvim günü ərzində Bakı şəhəri, AZ1065, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanına müraciət edə bilərsiniz.
Xatırladaq ki, “AccessBank” QSC-nin nizamnamə kapitalı 270 106 912.25 AZN təşkil edir.