3 C
Baku
Saturday, December 14, 2024

“AccessBank” növbəti regional filialın açılışını etdi [foto]

AccessBank müştərilərə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədilə Sabirabad rayonu H.Əliyev pr. 35 ünvanında yeni filialını açılışın edib. Bu barədə Banker.az-a bankdan məlumat daxil olub. Müasir üslubda qurulan yeni filialda xidmət ixtisaslaşdırılmış hazırlıq keçmiş bank əməkdaşları tərəfindən aparılacaq.

Yeni filialda həm hüquqi, həm də fiziki şəxslərə tam çeşidli bütün bank xidmətləri, o cümlədən, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, sərfəli şərtlərlə kreditlər, əmanətlər, müxtəlif plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi  və s. kimi xidmətlər təklif olunur.

“AccessBank”ın İdarə Heyətinin sədri Rolf Reyxardt qeyd edib ki, yeni filialın açılmasında məqsəd Sabirabad və ona yaxın rayonların potensialını nəzərə alaraq müştərilərə daha çevik və səmərəli xidmət göstərməkdir”

Ətraflı məlumatı Bankın rəsmi internet saytındanfacebook twitter səhifələrindən, eləcə də 151 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər