9 C
Baku
Monday, November 18, 2024

“AccessBank” ötən il mikro kreditlərə daha çox “güc verib”

“AccessBank” QSC ötən il əsas müştəri bazası olan miko kreditlər üzrə portfelini böyüdüb.

Bu barədə Banker.az bankın illik audit hesabatına istinadən xəbər verir.

Bankın cəmi kredit portfeli 591.39 milyon manat olmuşdur.

Kredit portfelində mikro kreditlərin həcmi 41 faiz artaraq 393.25 mln. manat olub.

Kiçik və orta biznesə verilən kreditlərin həcmi isə 17% azalaraq 175.5 mln. manat olub.

Bununla belə bank, istehlak kreditlərinin həcmini son ildə 60.8 mln. manatdan 92.6 mln. manata yüksəldib.

Cari portfeldə zərərlər üzrə ehtiyat həcmi kiçik və orta sahibkarlıq subyetktləri üzrə 45.04 mln. manat, mikro kreditlər üzrə 21.58 mln. manat və istehlak üzrə 3.35 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər