15 C
Baku
Saturday, April 27, 2024

AccessBank-a sədr təyin edildi

Maliyyə sektorunda 15 ildən artıq təcrübəyə malik David Tsiklauri AccessBank-ın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, David Tsiklauri maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, AccessBank-a təyin olunmazdan əvvəl HamkorBank və Kompanion Bank-da Qeyri-icraçı direktor vəzifəsində işləyib, həmçinin Gürcüstanın Pensiya Fondunun İnvestisiya Şurasının üzvü olub. Cənab Tsiklauri 2014-2019-cu illərdə Gürcüstanın ən böyük maliyyə institutlarında – Bank of Georgia-da Baş Maliyyə İnzibatçısı və TBC Bank-da İdarə Heyəti sədrinin müavini kimi rəhbər vəzifələrdə çalışıb. Bundan öncə isə cənab Tsiklauri Deutsche Bank-ın London ofisində Kapital bazarları və Xəzinə həlləri komandasında işləyib.

David Tsiklauri London Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər