®Azərbaycanın bank sektorunun aparıcı oyunçularından olan AccessBank, sahibkarlığın inkişafı və maliyyə xidmətlərinin əlçatanlığını təmin etmək məqsədi ilə, yeni filialının açılışını qeyd edir.
Beləliklə, 10 may 2024-cü il tarixində Qubada AccessBank-ın Heydər Əliyev prospekti 184 ünvanında yerləşən sayca 20-ci regional filialının açılışı baş tutub. Yeni filial müştərilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin, o cümlədən mikro, aqro və istehlak kreditlərinin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.
Filial şəbəkəsinin genişləndirilməsi AccessBank-ın maliyyə əlçatanlığınin təmin edilməsi və regionlarında müştərilərlə əlaqələrin möhkəmləndirilməsi siyasətini təsdiqləyir. Regional şəbəkənin genişləndirilməsi AccessBank-ın müştərilərə yüksək keyfiyyətli xidmətlər göstərmək, eləcə də regionda iqtisadi inkişafa dəstək olmaq Strategiyasının tərkib hissəsidir.
“Qubada regional filialın açılması bizim üçün mühüm addımdır, çünki biz filiallarımızın sayını 34-ə çatdıra bilmişik ki, bu da müştərilərimizə daha yaxın olmağa və onların ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verir. Biz keyfiyyətli maliyyə həlləri və inkişaf perspektivləri axtaran hər kəs üçün etibarlı tərəfdaş olmağı hədəfləyirik”, – deyə AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov filialın açılışı zamanı bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.