Banker.az bildirir ki, bunu Azərbaycanda 100%-lik xarici kapitallı bank olan “Accessbank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov müsahibəsində bildirib.
O, jurnalistin Bankın müflisləşməsi ilə bağlı peydə olan informasiyanın həqiqət olub olmadığı sualını cavablandırarkən bunu deyib:
Biz bu qəbildən olan informasiyaların hər birini oxumuşuq və eşitmişik, lakin hər dəfə təmkinli davranaraq reaksiya verməmişik. Kapitallaşma məsələsinə qayıtmaq istəyirəm. Nəzərə alsaq ki, Azərbaycan hökuməti ölkə iqtisadiyyatını, xüsusilə qeyri-neft sektorunu aktiv şəkildə inkişaf etdirməkdə qərarlıdır, bu isə xarici investisiyalara daha açıq olmaqdan xəbər verir, adlarını yuxarıda çəkdiyim investorların bank sektoruna daxil olması AccessBank-ın müstəsna rolundan xəbər verir.”
A. Həsənov həmçinin müsahibəsində əlavə olaraq vurğulayıb ki, 16 illik fəaliyyətləri ərzində ərzində əldə etdikləri göstəricilərli misal çəkməklə bütün beynəlxalq investorlara Azərbaycanda 100% xarici kapitallı layihə necə uğur qazana bilməsini göstəriblər.
“Devalvasiyadan sonra bank tərəfindən atılan düzgün addımlar və ölkə iqtisadiyyatının potensialı bizim investorlara daha da güvən verir.” – deyə Bank rəhbəri A. Həsənov vurğulayıb.