12 C
Baku
Bazar, Oktyabr 24, 2021

AccessBank sahibkarlara dəstək olmaqda davam edir

®Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank, həm daxili, həm də xarici vəsaitlər hesabına ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqda davam edir. Xarici vəsaitlər müvafiq dövlət fond və agentliklərinin hesabına sahibkarlara təklif olunur. AccessBank-ın bu istiqamətdə əməkdaşlıq etdiyi dövlət qurumlarından biri də Sahibkarlığın İnkişafı Fondudur (SİF). Fond cari ilin 1 oktyabr tarixinə güzəştli kreditlər üzrə ən çox sayda kredit verən 5 müvəkkil kredit təşkilatının adını açıqlayıb. AccessBank siyahıda ilk pillədə qərarlaşıb. Belə ki, Bank cari dövr ərzində 273 sahibkar 5 000 000 AZN dəyərində güzəştli kredit təqdim edib.

SİF-in sahibkarlar üçün nəzərdə tutulmuş digər məhsulu isə zəmanətli kreditdir. 2021-ci ilin 9 ayı ərzində bu məhsul üzrə 95 sahibkara 15 117 000 AZN dəyərində kredit təqdim edilib.

Hər iki kredit növü üzrə ümumilikdə sahibkarlara 20 117 000 AZN dəyərində vəsait verilib. Tərəflər arasında əməkdaşlıq çərçivəsində bank pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli və ya güzəştli kreditlərin ayrılmasını davam etdirir.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  

 

Son xəbərlər
Oxşar xəbərlər