AccessBank-ın keçirdiyi ilk tələbərarası müsabiqəsinin mövzusu marketinqdir. Müsabiqənin məqsədi tələbələrin bu sahədə olan biliklərinin və komandada işləmək qabiliyyətinin artırılmasıdır.
Müsabiqədə istənilən ali təhsil müəssisəsindən olan tələbələr (hər komandada 4 nəfər olmaqla) iştirak edə bilər. Komandanın üzvləri eyni təhsil müəssisəsində oxumalıdır. 14 aprel tarixinədək iştirak etmək istəyən komandalar onlayn qeydiyyatdan keçə bilər.
Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda seçiləcək və yekun təqdimatlarına hazırlıq üçün onlara müxtəlif mövzularda təlimlər keçiriləcək. Hər bir komanda verilmiş mövzu əsasında 10 gün ərzində hazırladıqları təqdimatlar ilə final günü çıxış edəcək. Münsiflər heyəti tərəfindən təqdimatlar ölçü meyarlarına əsasən qiymətləndiriləcək. İlk 3 yeri tutmuş komandalar bankda təcrübə keçmək imkanı, sertifikat və pul mükafatı əldə edəcək:
I yer – 1000 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
İştirak etmək üçün qeydiyyat səhifəsinə keçid: goo.gl/vCF19C