8 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“AccessBank” TOP5-liyə düşməyin astanasında – Hesabat

Azərbaycanın xarici kapitallı böyük bankı “AccessBank” QSC 2021-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqladı.

Banker.az xəbər verir ki, kommersiya bankın 2021-ci ilin ilk üç rübü üzrə faiz gəlirlərini illik müqayisədə 990 min, yaxud 1.2% artımla 72.72 mln. manata qədər yüksəltməyə nail ola bilib. Faiz gəlirlərinin 71.02 milyon manatı kreditlərdən, 253 min manatı digər banklardakı depozitlərdən və 1.44 milyon manatı isə qiymətli kağızlar üzrə gəlirlərdən daxil olub.

Bankın faiz xərcləri 34.37 milyon manat olmaqla, o cümlədən bu xərclərin 27.08 milyon manatı müştəri depozitlərindən, 6.73 milyon manatı bankın cəlb etmiş kreditlərindən qaynaqlanır.

2021-ci ilin ilk üç rübündə, “AccessBank”ın qeyri-faiz gəlirləri 7.45 milyon manat, qeyri-faiz xərcləri isə 45.98 milyon manat olmuşdur. Qeyri-faiz xərclərində artıma səbəb isə işçilər üzrə 2020-ci ilin ilk üç rübündə 21.29 milyon manat olduğu halda, cari ildə artaraq 22.54 milyon manata və eləcə də inzibati xərclərinin 8.12 milyon manatdan 8.73 milyon manata çatmasıdır.

Gəlir və xərclər fərqindən isə bank 2021-ci ilin ilk üç rübündə 169 min manatlıq (ilk iki rübdə 1.45 mln manat idi) əməliyyat zərəri edib, əlavə olaraq 748 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma edib.

Beləliklə, 2021-ci ilin ilk üç rübü ərzində “AccessBank” 917 min manat xalis zərər etmiş olur ki, buda 1 oktyabr 2021-ci il tarixini balansında illərin yığılmış zərərini 177.57 milyon manata qədər artırmış olur.

BALANS HESABATI

“AccessBank” QSC aktivlərinə görə TOP5 bankların sırasına düşməyin astanasında olmaqla öncəki dövrünü geri qaytarır. Bank cari ilin ilk 9 ayında balans hesabatında bir neçə müsbət əhəmiyyətli dəyişiklər əldə edə bilib. Kredit və depozit portfelindəki – xüsusən də, fiziki şəxlər və sahibkarlarla bağlı olan göstəricilərdə müsbət dinamika əldə edib.

Bankın aktivlərinin həcmi 944.9 milyon manat həcmindədir.

1 okt. 2021-ci il tarixinə aktivlərinə görə TOP%-lik, min manat
ABB 9 431 897
PAŞA  Bank 6 068 042
Kapital Bank 5 916 038
Xalq Bank 2 221 242
Bank Respublika 1 194 328

Kommersiya bankının kredit portfelinin həcmi ilin yanvar-sentyabr ayları ərzində 14% artımla 572.16 milyon manata yüksəlib. Kredit portfelində artıma əsas dəstək biznes kreditlərindən (492.15 mln manat) və istehlak kredilərindən (72.75 mln manat) gəlib.

Bankı ümumi bank göstəriciləri tendensiyasından fəqrləndirən digər göstərici isə cari ildə qiymətli kağızlar bazarına daha az “əhəmiyyət” verir. Qiymətli kağızlar portfeli cəmi 31.16 milyon manat olmaqla, ilin əvvəlindən 25% azalmışdır.

“AccessBank” müştərilərdən cəlb etdiyi depozit portfelini ilk üç rübdə 8% böyütməklə 678.67 milyon manata qədər yüksəltmiş. Portfelin 539.02 milyon manatı vətəndaş və 139.66 milyon mantı isə şirkət/təşkilatlardan cəlb edilmiş vəsaitlərdir.

Xatırlatma

“Access Bank” 2002-ci ildə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258.7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19.89%), Avropa İnvestisiya Bankı (17.39%), Beynəlxalq Maliyyə Korporasiyası (16.56%), Hollandiya İnkişaf Bankı (9.41%), Avstriya İnkişaf Bankı (9.17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7.11%), “Responsibility SICAV (Lux)” (2.91%), EFSE (2.78%), “Symbiotics SICAV (Lux)” (2.27%), GGF (1.77%), “LFS Advisory GmbH” (1.27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0.58%).

                                     Mənfəət və zərər haqqında hesabat 30.09.2021 

min manatla
Cari dövr Keçən ilin müvafiq dövrü
1 Faiz gəlirləri:  72 722  71 732
1.1 Müştərilərə verilmiş kreditlər  71 021  70 351
1.2 Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri  10  61
1.3 Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri  253  754
1.4 Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri  1 438  566
1.5 Digər faiz gəlirləri  –  –
2 Faiz xərcləri:  (34 369)  (33 082)
2.1 Depozitlər üzrə faizlər  (27 082)  (24 897)
2.2 Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri  (554)  (150)
2.3 Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər  (6 729)  (8 035)
2.4 Pul bazarı alətlərinə ödənilən faizlər  –  –
2.5 Qiymətli kağızlar üzrə faizlər  (4)  –
2.6 Digər faiz xərcləri  –  –
3 Xalis faiz gəliri(zərəri)  38 353  38 650
4 Qeyri-faiz gəlirləri:  7 455  7 506
4.1 Alınan haqq və kommisiya gəliri  10 589  9 514
4.2 Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla  (3 575)  (2 791)
4.3 Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər  (61)  (3)
4.4 Digər gəlirlər  502  786
5 Qeyri-faiz xərcləri:  (45 977)  (42 605)
5.1 Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər  (22 541)  (21 293)
5.2 Ümumi və inzibati xərclər  (8 727)  (8 120)
5.3 Amortizasiya xərcləri  (4 426)  (4 522)
5.4 Digər xərclər  (10 283)  (8 670)
6 (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar)  (748)  (513)
7 Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)  (917)  3 038
8 Mənfəət vergisi  –  –
9 Dövr üzrə xalis mənfəət  (917)  3 038

 

                                           Maliyyə vəziyyəti haqqında hesabat 30.09.2021

min manatla
Hesabat dövrü Ötən ilin sonu
1 Aktivlər:  944 895  855 854
1.1 Nağd pul vəsaitləri və  ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait  188 865  152 025
1.2 Ticarət və investisiya qiymətli kağızları  31 164  41 762
1.3 Banklar və digər maliyyə institutlarındakı depozitlər  78 001  55 470
1.4 Banklar və digər maliyyə institutlarına verilən kreditlər  894  –
1.5 Müştərilərə verilmiş kreditlər  572 160  502 582
1.5.1 a) istehlak kreditləri  72 751  52 851
1.5.2 b) biznes kreditləri  492 155  442 385
1.5.3 c) daşınmaz əmlak kreditləri  7 254  7 346
1.5.4 d) digər kreditlər  –  –
1.5.2 (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat)  -44 323  -43 807
1.5.3 Müştərilərə verilmiş kreditlər (xalis)  527 837  458 775
1.6 Əmlak və avadanlıqlar  58 051  59 737
1.7 Qeyri-maddi aktivlər  14 187  13 647
1.8 Təxirə salınmış vergi aktivləri  17 514  24 928
1.9 Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat  –  –
1.10 Digər aktivlər  28 382  49 510
2 Öhdəliklər:  857 636  760 030
2.1 Depozitlər  678 674  627 561
2.1.1 a) fiziki şəxslərin depozitləri  539 016  497 063
2.1.2 b) hüquqi şəxslərin depozitləri  139 658  130 498
2.2 Mərkəzi bank qarşısında öhdəliklər  8 520  8 520
2.3 Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər  129 621  87 167
2.4 Borc qiymətli kağızları  –  –
2.5 Cari vergi öhdəlikləri  –  –
2.6 Təxirə salınmış vergi öhdəliyi  –  –
2.7 Subordinasiya borc öhdəlikləri  21 994  21 994
2.8 Digər öhdəliklər  18 827  14 788
3 Kapital:  87 259  95 824
3.1 Səhmdar kapitalı  258 718  258 718
3.2 Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)  –  –
3.3 Bölüşdürülməmiş mənfəət  -177 570  -169 239
3.4 Ümumi ehtiyatlar:  6 111  6 345
3.4.1 a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar  5 859  5 759
3.4.2 b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar  252  586
3.4.3 c) digər ümumi ehtiyatlar  –  –
4 Cəmi öhdəliklər və kapital 944 895  855 854 

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər
X