Azərbaycanın xarici kapitallı böyük bankı “AccessBank” QSC 2021-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqladı.
Banker.az xəbər verir ki, kommersiya bankın 2021-ci ilin ilk üç rübü üzrə faiz gəlirlərini illik müqayisədə 990 min, yaxud 1.2% artımla 72.72 mln. manata qədər yüksəltməyə nail ola bilib. Faiz gəlirlərinin 71.02 milyon manatı kreditlərdən, 253 min manatı digər banklardakı depozitlərdən və 1.44 milyon manatı isə qiymətli kağızlar üzrə gəlirlərdən daxil olub.
Bankın faiz xərcləri 34.37 milyon manat olmaqla, o cümlədən bu xərclərin 27.08 milyon manatı müştəri depozitlərindən, 6.73 milyon manatı bankın cəlb etmiş kreditlərindən qaynaqlanır.
2021-ci ilin ilk üç rübündə, “AccessBank”ın qeyri-faiz gəlirləri 7.45 milyon manat, qeyri-faiz xərcləri isə 45.98 milyon manat olmuşdur. Qeyri-faiz xərclərində artıma səbəb isə işçilər üzrə 2020-ci ilin ilk üç rübündə 21.29 milyon manat olduğu halda, cari ildə artaraq 22.54 milyon manata və eləcə də inzibati xərclərinin 8.12 milyon manatdan 8.73 milyon manata çatmasıdır.
Gəlir və xərclər fərqindən isə bank 2021-ci ilin ilk üç rübündə 169 min manatlıq (ilk iki rübdə 1.45 mln manat idi) əməliyyat zərəri edib, əlavə olaraq 748 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma edib.
Beləliklə, 2021-ci ilin ilk üç rübü ərzində “AccessBank” 917 min manat xalis zərər etmiş olur ki, buda 1 oktyabr 2021-ci il tarixini balansında illərin yığılmış zərərini 177.57 milyon manata qədər artırmış olur.
BALANS HESABATI
“AccessBank” QSC aktivlərinə görə TOP5 bankların sırasına düşməyin astanasında olmaqla öncəki dövrünü geri qaytarır. Bank cari ilin ilk 9 ayında balans hesabatında bir neçə müsbət əhəmiyyətli dəyişiklər əldə edə bilib. Kredit və depozit portfelindəki – xüsusən də, fiziki şəxlər və sahibkarlarla bağlı olan göstəricilərdə müsbət dinamika əldə edib.
Bankın aktivlərinin həcmi 944.9 milyon manat həcmindədir.
1 okt. 2021-ci il tarixinə aktivlərinə görə TOP%-lik, min manat | |
ABB | 9 431 897 |
PAŞA Bank | 6 068 042 |
Kapital Bank | 5 916 038 |
Xalq Bank | 2 221 242 |
Bank Respublika | 1 194 328 |
Kommersiya bankının kredit portfelinin həcmi ilin yanvar-sentyabr ayları ərzində 14% artımla 572.16 milyon manata yüksəlib. Kredit portfelində artıma əsas dəstək biznes kreditlərindən (492.15 mln manat) və istehlak kredilərindən (72.75 mln manat) gəlib.
Bankı ümumi bank göstəriciləri tendensiyasından fəqrləndirən digər göstərici isə cari ildə qiymətli kağızlar bazarına daha az “əhəmiyyət” verir. Qiymətli kağızlar portfeli cəmi 31.16 milyon manat olmaqla, ilin əvvəlindən 25% azalmışdır.
“AccessBank” müştərilərdən cəlb etdiyi depozit portfelini ilk üç rübdə 8% böyütməklə 678.67 milyon manata qədər yüksəltmiş. Portfelin 539.02 milyon manatı vətəndaş və 139.66 milyon mantı isə şirkət/təşkilatlardan cəlb edilmiş vəsaitlərdir.
Xatırlatma
“Access Bank” 2002-ci ildə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258.7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19.89%), Avropa İnvestisiya Bankı (17.39%), Beynəlxalq Maliyyə Korporasiyası (16.56%), Hollandiya İnkişaf Bankı (9.41%), Avstriya İnkişaf Bankı (9.17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7.11%), “Responsibility SICAV (Lux)” (2.91%), EFSE (2.78%), “Symbiotics SICAV (Lux)” (2.27%), GGF (1.77%), “LFS Advisory GmbH” (1.27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0.58%).
Mənfəət və zərər haqqında hesabat 30.09.2021
min manatla | ||||||||
Cari dövr | Keçən ilin müvafiq dövrü | |||||||
1 | Faiz gəlirləri: | 72 722 | 71 732 | |||||
1.1 | Müştərilərə verilmiş kreditlər | 71 021 | 70 351 | |||||
1.2 | Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri | 10 | 61 | |||||
1.3 | Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri | 253 | 754 | |||||
1.4 | Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri | 1 438 | 566 | |||||
1.5 | Digər faiz gəlirləri | – | – | |||||
2 | Faiz xərcləri: | (34 369) | (33 082) | |||||
2.1 | Depozitlər üzrə faizlər | (27 082) | (24 897) | |||||
2.2 | Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri | (554) | (150) | |||||
2.3 | Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər | (6 729) | (8 035) | |||||
2.4 | Pul bazarı alətlərinə ödənilən faizlər | – | – | |||||
2.5 | Qiymətli kağızlar üzrə faizlər | (4) | – | |||||
2.6 | Digər faiz xərcləri | – | – | |||||
3 | Xalis faiz gəliri(zərəri) | 38 353 | 38 650 | |||||
4 | Qeyri-faiz gəlirləri: | 7 455 | 7 506 | |||||
4.1 | Alınan haqq və kommisiya gəliri | 10 589 | 9 514 | |||||
4.2 | Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla | (3 575) | (2 791) | |||||
4.3 | Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər | (61) | (3) | |||||
4.4 | Digər gəlirlər | 502 | 786 | |||||
5 | Qeyri-faiz xərcləri: | (45 977) | (42 605) | |||||
5.1 | Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər | (22 541) | (21 293) | |||||
5.2 | Ümumi və inzibati xərclər | (8 727) | (8 120) | |||||
5.3 | Amortizasiya xərcləri | (4 426) | (4 522) | |||||
5.4 | Digər xərclər | (10 283) | (8 670) | |||||
6 | (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar) | (748) | (513) | |||||
7 | Mənfəət vergisindən əvvəlki mənfəət(zərər) | (917) | 3 038 | |||||
8 | Mənfəət vergisi | – | – | |||||
9 | Dövr üzrə xalis mənfəət | (917) | 3 038 |
Maliyyə vəziyyəti haqqında hesabat 30.09.2021
min manatla | ||||||||
Hesabat dövrü | Ötən ilin sonu | |||||||
1 | Aktivlər: | 944 895 | 855 854 | |||||
1.1 | Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait | 188 865 | 152 025 | |||||
1.2 | Ticarət və investisiya qiymətli kağızları | 31 164 | 41 762 | |||||
1.3 | Banklar və digər maliyyə institutlarındakı depozitlər | 78 001 | 55 470 | |||||
1.4 | Banklar və digər maliyyə institutlarına verilən kreditlər | 894 | – | |||||
1.5 | Müştərilərə verilmiş kreditlər | 572 160 | 502 582 | |||||
1.5.1 | a) istehlak kreditləri | 72 751 | 52 851 | |||||
1.5.2 | b) biznes kreditləri | 492 155 | 442 385 | |||||
1.5.3 | c) daşınmaz əmlak kreditləri | 7 254 | 7 346 | |||||
1.5.4 | d) digər kreditlər | – | – | |||||
1.5.2 | (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat) | -44 323 | -43 807 | |||||
1.5.3 | Müştərilərə verilmiş kreditlər (xalis) | 527 837 | 458 775 | |||||
1.6 | Əmlak və avadanlıqlar | 58 051 | 59 737 | |||||
1.7 | Qeyri-maddi aktivlər | 14 187 | 13 647 | |||||
1.8 | Təxirə salınmış vergi aktivləri | 17 514 | 24 928 | |||||
1.9 | Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | – | – | |||||
1.10 | Digər aktivlər | 28 382 | 49 510 | |||||
2 | Öhdəliklər: | 857 636 | 760 030 | |||||
2.1 | Depozitlər | 678 674 | 627 561 | |||||
2.1.1 | a) fiziki şəxslərin depozitləri | 539 016 | 497 063 | |||||
2.1.2 | b) hüquqi şəxslərin depozitləri | 139 658 | 130 498 | |||||
2.2 | Mərkəzi bank qarşısında öhdəliklər | 8 520 | 8 520 | |||||
2.3 | Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər | 129 621 | 87 167 | |||||
2.4 | Borc qiymətli kağızları | – | – | |||||
2.5 | Cari vergi öhdəlikləri | – | – | |||||
2.6 | Təxirə salınmış vergi öhdəliyi | – | – | |||||
2.7 | Subordinasiya borc öhdəlikləri | 21 994 | 21 994 | |||||
2.8 | Digər öhdəliklər | 18 827 | 14 788 | |||||
3 | Kapital: | 87 259 | 95 824 | |||||
3.1 | Səhmdar kapitalı | 258 718 | 258 718 | |||||
3.2 | Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) | – | – | |||||
3.3 | Bölüşdürülməmiş mənfəət | -177 570 | -169 239 | |||||
3.4 | Ümumi ehtiyatlar: | 6 111 | 6 345 | |||||
3.4.1 | a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar | 5 859 | 5 759 | |||||
3.4.2 | b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar | 252 | 586 | |||||
3.4.3 | c) digər ümumi ehtiyatlar | – | – | |||||
4 | Cəmi öhdəliklər və kapital | 944 895 | 855 854 |