“AccessBank” yayılan məlumata rəsmi açıqlama verdi

Ötən bir neçə gün ərzində bəzi xəbər saytları tərəfindən “AccessBank” QSC-nin bağlanacağına dair xəbərlər paylaşılmışdır.

Banker.azın bankdan aldığı rəsmi məlumata əsasən, qeyd olunan məlumat həqiqətə uyğun deyildir.
“Tam əminliklə bildiririk ki, bu məlumatlar tamamilə əsassızdır. Hal-hazırda AccessBank-ın maliyyə vəziyyəti sabitdir və Bank bazar şəraitinə uyğun inkişaf strategiyasını tətbiq edir. Hazırki dəyişkən iqtisadi şəraitə rəğmən mart ayında Bankın kapitalı əhəmiyyətli dərəcədə artırılıb. Bu isə, bir daha təsdiq edir ki, səhmdarları nüfuzlu beynəlxalq təşkilatları  olan AccessBank, təsisçiləri tərəfindən güclü dəstək alır. Biz rəqabətli məhsul çeşidimizlə müştərilərimizə hərtərəfli dəstək və xidmət göstərməkdə davam edir,  Azərbaycanın aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyimizi qoruyub saxlayırıq. Həmçinin, qeyd etmək istərdik ki, Bank korporativ bankçılığın və onlayn bankinqin inkişaf etdirilməsi ilə bağlı olaraq filial şəbəkəsində bəzi təkmilləşdirici prosesləri həyata keçirir, ərazi cəhətdən bir-birinə yaxın olan filialları birləşdirərək onları iri regional xidmət və satış mərkəzlərinə çevirir”- deyərək bank rəsmiləri açıqlama vermişdirlər.
Son xəbərlər
Digər xəbərlər