8 C
Baku
Monday, February 3, 2025

AccessBank yenilənmiş konseptli Xaçmaz filialını istifadəyə verdi

®Sizin yerli Avropa bankınız AccessBank, xidmət şəbəkəsini genişləndirmək və müştəri xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə Xaçmaz şəhərində yenilənmiş konseptli filialını istifadəyə verdiyini elan edir. Filialın yenilənməsi, AccessBank-ın  müştəri xidmətlərinin təkmilləşdirilməsi strategiyasının mühüm bir hissəsidir.

Yenilənmiş filial, müasir tələblərə və innovativ həllərə uyğun olaraq dizayn edilib və N.Nərimanov küçəsi 215 ünvanında yerləşir. Yeni konseptdə əsas diqqət müştəri rahatlığına və sürətli, yüksək keyfiyyətli xidmətin təmin olunmasına yönəldilib. Burada müştərilərə kreditlər, o cümlədən mikro və aqro kreditlər, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif olunur.

“AccessBank ötən ildən filial şəbəkəsinin aktiv genişləndirilməsinə başlayıb və filialların sayını 35-ə çatdırıb. 2025-ci il ərzində də biz Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və bizneslərə müasir və keyfiyyətli maliyyə xidmətləri təklif etməyə davam edəcəyik. Yeni konseptli Xaçmaz filialının istifadəyə verilməsi, ölkə miqyasında müştərilərimizə ən müasir bank xidmətlərini təqdim etmək hədəfimizə bir addım daha irəliləməyimiz deməkdir”, – deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

9

 

Son xəbərlər
Digər xəbərlər