AccessBankdan əsl dost hədiyyəsi kimlər üçündür?

Bildiyiniz kimi, oktyabrın 18-dən  AccessBank yeni payız kampaniyası çərçivəsində keçmiş müştərilərinə 10%-dək aşağı  mikro kreditlər  kampaniyasına başlamışdır. Kampaniya noyabrın 30-da başa çatmalıdır. Lakin kampaniyanın mahiyyətinə nəzərə salmaq istədik.

Bu kampaniya kimlər üçündür və hansı xüsusiyyətləri ilə seçilir?

Kampaniyada bankın keçmiş mikro kredit müştəriləri iştirak edə bilər, yəni əvvəlcədən bankdan kredit götürüb, onu geri ödəmiş, lakin daha sonra yenidən kredit üçün banka müraciət etməmiş müştərilər. Bank yenidən həmin etibarlı müştəriləri cəlb etmək üçün onlara faizlərdə güzəşt etmək qərarına gəlmişdir. Beləliklə, əgər həmin müştərilər yenidən banka mikro kredit üçün müraciət edərlərsə, bankla əməkdaşlıq etmədikləri illərin sayı qədər faiz endirimi qazanacaqlar. Məsələn, müştəri Bankdan bir və ya bir neçə dəfə kredit götürmüş, onları vaxtında ödəmiş, lakin 2009-cu ildən sonra banka müraciət etməmişdir. Əgər sonuncu götürülmüş kreditin illik faizi 30% olmuşsa, onda indi müştəri bu krediti  4% endirimlə, 26% əldə edə bilər.  Kreditlərin faizləri ən azı bir il üçün 1% endiriləcək, amma kreditin təyinatından asılı olaraq, elə müştərilər müraciət edə bilər ki, onlara daha çox faiz endirimi edilsin, bu endirim hətta 10%-i də üstələyə bilər.

Qeyd edək ki, bankdan verilən mikro kreditlərin məbləği 100 dollardan – 30 000 dollara qədər ola bilər (ya da eyni məbləğin manatla ekvivalenti). Kampaniya müddətində də həmin məbləğdə kredit götürmək mümkün olacaq.

Nə vaxtsa AccessBankdan mikrokredit götürmüş və müsbət kredit tarixçəsinə malik bütün keçmiş müştərilər bu kampaniya üçün müraciət edə bilər. Yoxlama zamanı əsas diqqət müştərinin ödəmə qabiliyyətinə verilir, ümumilikdə isə gəlirləri olan istənilən şəxs mikrokredit üçün müraciət edə bilər. “Əsl dost” kampaniyası çərçivəsində verilən kreditlərdə isə əsas prinsip loyallıqdır. Kampaniya Bankın tam etibarını qazanmış keçmiş müştərilər üçün nəzərdə tutulmuşdur.

Əgər kampaniyanı nəzərə almasaq, mikro kreditlər üzrə cari faiz dərəcələri illik  18,96- 33% arasında dəyişir.  Maksimum müddət isə 60 ay, komisyon haqları isə  kredit məbləğinin 1-2%-i həcmində, həmçinin minimum 20 AZN təşkil edir.

Təminat qismində daşınmaz əmlak (ev, mənzil, qeyri-yaşayış sahəsi, torpaq), nəqliyyat vasitəsi, ev əşyaları, avadanlıqlar, dövriyyədəki mal, zamin və s. çıxış edə bilər.

Ödənişlər ayda bir dəfə və ya iki həftədə bir dəfə bərabər hissələrlə edilir.

Bankın Sizə təqdim etdiyi üstünlüklər:

•    Çevik sənədləşmə prosesi və sənədlərin minimal siyahısı (kreditin verilməsi ilə bağlı qərar 1-2 gün ərzində verilir);
•    Əlavə xərclərin olmaması (məsələn: hesabın açılması, nağdlaşdırma, daşınmaz əmlakın sığortalanması və qiymətləndirmə xərcinin olmaması);
•    Güzəşt müddəti və fəaliyyətə uyğun ödəniş planı;
•    Kredit xətləri və uzunmüddətli girov müqaviləsi;
•    Paralel kreditlər;
•    Kredit, plastik kart vasitəsilə də verilə bilər;
•    Daim sadələşən kredit şərtləri sayəsində uzunmüddətli partnyorluq üçün əlverişli şərait.
http://www.accessbank.az/az/page/micro_loans/#contentLeft


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.