“Bank Respublika” ASC-də yeni təyinat olub.
Banker.az xəbər verir ki, Dinara Cavadova “Bank Respublika”da Strateji İnkişaf Departamentinə yeni direktor təyin edilib.
O, 2021-ci ilin yanvarından 2025-ci ilin mart ayına kimi “AccessBank”da Xəzinədarlıq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri olub.
Dinara Cavadova Azərbaycan Banklar Assosiasiyasının ESG və Dayanıqlı Bankçılıq, Xəzinədarlıq və Fondların İdarə Edilməsi üzrə Ekspert Qrupunun üzvüdür.