-3 C
Baku
Sunday, December 15, 2024

“AccessBank”dan yaşı 65 və daha yuxarı olan müştərilərə özəl xidmət®

“AccessBank” Nazirlər Kabineti yanında operativ qərargahın 65 yaşdan yuxarı vətəndaşlara dair qəbul etdiyi qərarı nəzərə alaraq,  yaşlı müştərilərə özəl xidmət təklif edir. Bank, yaşlı müştərilərinin sağlamlığını düşünərək, onlara effektiv və keyfiyyətli xidmət göstərir. Bunun üçün 65 yaşdan yuxarı müştərilərə məsafədən xidmət təklif olunur. Karantin müddətində yaşlı müştərilərinin əlaqə nömrələrinə məlumatlandırıcı mesajlar göndərilir. 

“AccessBank” 65 və daha yuxarı yaşı olan müştərilərə 151 məlumat mərkəzi vasitəsilə aşağıdakı xidmətləri təklif edir: 

  • Mövcud əmanətin müddətinin uzadılması və ya  digər valyutaya konvertasiyası
  • Mövcud kreditin restrukturizasiyası 
  • Öz hesablararası köçürmələr və kommunal ödənişlərin həyata keçirilməsi 
  • Yeni ödəniş kartının sifarişi və kuryer vasitəsilə müştəriyə çatdırılması
  • Mövcud ödəniş kartının blokdan çıxarılması və bloka salınması 
  • SMS bankçılığın aktivləşdirilməsi
  • Kart limitinin aradan qaldırılması
  • Kreditin qismən və ya tam ödənişi 

“AccessBank” müştərilərinə karantin rejimində dəstək olmaqda davam edəcək. 

Son xəbərlər
Digər xəbərlər