“AccessBank”ın əsas səhmdarı da manatla istiqrazlar buraxa bilər

0
AccessBank

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan manatı ilə ilk istiqrazlarını 2020-ci ildə tədavülə buraxa bilər.

Bu barədə mənbə bildirib. O bildirib ki, manat istiqrazlarının buraxılması borcalanların seçiminə görə yubanır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə ki, bu seçim zamanı başlıca meyarlardan biri beynəlxalq maliyyə hesabatları standartlarına (İFRS – İnternational Finance Reporting Standarts) uyğun həyata keçirilən auditor rəyinin mövcudluğu sayılır.

Report agentliyi xəbər verir ki, ADB mövcud tələblərə uyğun gələn məqbul sayda borcalanın seçilməsindən sonra 50 milyon manat məbləğində, borcalanlar az olsa, daha az məbləğdə istiqraz buraxmağı nəzərdə tuturdu. Həmin vəsaitin də məhdud sayda bankların və qeyri-bank kredit təşkilatlarının maliyyə dəstəyinə sərf olunacağı güman edilir. Mikromaliyyə təşkilatları da həmin vəsaitləri təkrar kredit vasitəsilə əldə edə biləcək.

Qeyd edək ki, ADB postsovet regionunda milli valyutalarda istiqraz buraxmaq təcrübəsinə malikdir. Belə ki, bu ilin yanvar ayında 80 milyon dollar məbləğində, dəyişkən faiz dərəcəsilə Qazaxıstan təngələrində beş və yeddi il müddətinə müvafiq olaraq üç və beş ildən sonra erkən qaytarmaq imkanı verildiyi istiqrazlar buraxılıb.

Bununla yanaşı, 2016-cı ildə 225 milyon dollar məbləğində Filipinlər pesosunda istiqrazlar buraxmışdı. Həmin vəsaitlər geotermal enerjisi də daxil olmaqla bir sıra ekoloji layihələrə sərf olunmuşdu.

Xatırladaq ki, car ilin əvvəlindən rəsmən ADB-nin Azərbaycanda fəaliyyət göstərən “Accessbank” QSC-nin əsas səhmdarı sayılır.