Hazırda son açıqlamalara əsasən Acces Bankın cəmi aktivləri 773 554 683 manat təşkil edir. Bankın aktivləri 1 il ərzində 264 936 054 və ya 52% artıb.
Banker.az saytı xəbər verir ki, Bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 213 524 343 manat və ya 51% artaraq 632 214 286 manat olmuşdur.
Cəmi aktivlər və kredit portfeli ilə yanaşı bankın aktiv müştərlərinin də sayında nəzərə çarpacaq qədər artım qeydə alınıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın aktiv müştəriləri 23 156 nəfər, yəni 19% artaraq 149 103 manata çatmışdır.
Hazırda isə Access Bank-ın verilən kreditlərinin cəmi isə (ümumi portfelə görə) 2 650 616 118 manat təşkil edir.