“AccessBank”ın Baş direktorlarından biri dəyişdi – TƏYİNAT

Səbuhi Süleymanlı

“AccessBank” QSC-nin mikrobiznesin inkişafı üzrə Baş Direktor vəzifəsinə təyinat olub.

Banker.az saytının banka yaxın mənbədən əldə etdiyi məlumata görə, 2020-ci ilin yanvar ayından etibarən Səbuhi Suleymanlı bu vəzifəyə təyin olunub.

Buna qədər bu vəzifəni isə Elşən Pirmaliyev tuturdu.

S.Süleymanlıyla yanaşı “AccessBank”da  Natia Beriada Baş Direktor kimi qalır. O,  AccessBank-da öz fəaliyyətinə 2019-cu ilin aprel ayında baş direktor vəzifəsində başlayıb.

Səbuhi Süleymanlı “AccessBank”da iş fəaliyyətinə 2005-ci ilin oktyabr ayında mikrokreditləşmə üzrə mütəxəssis kimi başlayıb. 2007-ci ildən müxtəlif filiallarda baş kredit mütəxəssisi, Kiçik və Orta Biznes Kreditləri departamentinin mütəxəssisi vəzifələrində çalışıb, 2010-cu ildə filial direktoru vəzifəsinədək yüksəlib. 2014-cü ildən 2017-ci ilədək filial rəhbəri olmaqla yanaşı regional menecer, məhkəmə qərarları icrasının müşahidəsi və xüsusi işlər üzrə rəhbər vəzifəsində çalışıb. 2017-ci ildə Maliyyə Restrukturizasiya və Kreditlərin Bərpası departamenti direktorunun müavini, 2018-ci ilin yanvar ayında isə həmin departamentin direktoru təyin olunub. 2019-cu ilin aprel ayından etibarən Maliyyə Restrukturizasiya və Kreditlərin Bərpası üzrə İcraçı Direktoru vəzifəsinə təyin edildi və həmin vəzifədə bütün göyulmuş illik hədəflərə uğurla çatdı.

Səbuhi Süleymanlı Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və Hüquq” fakültəsinin inzibati idarəedici ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib.

Azərbaycan, rus və ingilis dillərini bilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları