12 C
Baku
Wednesday, December 11, 2024

“AccessBank”ın dəstəyi ilə AİM layihəsi davam edir

“AccessBank” və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı çərçivəsində reallaşdırılan “ASAN İnkişaf Modeli” (AİM) layihəsi davam edir.

Layihə çərçivəsində növbəti tədbirlər İsmayıllı və Qəbələ rayonlarında baş tutub. Ümumilikdə hər iki tədbirə 600-dən çox 9-11 sinif şagirdləri qatılıb. Tədbir çərçivəsində şagirdlərə ixtisas seçimi, müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, dünya trendlərinə düzgün qoşulma, yaradıcı, məntiqi təfəkkürün inkişaf etdirilməsi, özünüinkişaf, psixologiya mövzularında təlimlər keçirilib. Təlimləri “AccessBank” və “ASAN Könüllüləri” təşkilatının nümayəndələri aparıblar.

Daha sonra təlimlərdə iştirak edən şagirdlərin sualları cavablandırılıb. Təlimlərə maraq olduqca böyük idi.

Yekunda şagirdlərə hədiyyələr və trenddə olan kitablar paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar təşkil olunub.

Son xəbərlər
Digər xəbərlər