26 C
Baku
Saturday, July 27, 2024

“AccessBank”ın sabiq departament rəhbərinin də deputatlığa namizədliyi təsdiqləndi

“AccessBank” QSC-nin Hüquq departamentinin  sabiq direktoru Əhmədəli Məmmədov da 9 fevral 2019-cu il tarixdə keçirləcək növbədənkənar parlament seçkilərinə qatılacaq.

Banker.az bu barədə şəxsin özünə istinadən xəbər verir.

Əhmədəli Məmmədov 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizədlik verib və Mərkəzi Seçki Komitəsi artıq onun namizədliyini təsdiqləyib.

Ə.Məmmədov həmçinin ABA-nın Hüquq Ekspert qrupunun üzvüdür.

Qeyd edək ki, buna qədər daha bir bank əməkdaşı deputatlığa namizədlik verib. Belə ki, “Ata Bank”da departament rəhbəri Oruc İbrahimov öz namizədliyini irəli sürüb.

Son xəbərlər
Digər xəbərlər