0 C
Baku
Wednesday, January 21, 2026

“AccessBank”ın gəliri artıb

100% xarici kapitallı “AccessBank” QSC 2020-ci ilin ilk yarımilliyində depozit portfelini 102.67 mln. manat azaldıb, bu azalmanın 30.6 mln. manatı II rübdə baş verib.

Banker.az bu barədə bankın 2020-ci ilin ilk yarımilliyinə dair maliyyə hesabatında deyilir.

“AccessBank”ın depozit portfeli 1 iyul 2020-ci il tarixinə  558.29 mln. manat təşkil edib.

Bankın depozitlərinin 471.56 mln. manatı fiziki şəxslərdən və 86.73 mln. manatı isə hüquqi şəxslərdən cəlb edilən vəsaitlərdir.

Bununla belə “AccessBank”ın   153.58 mln. manat kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri var.

Kommersiya bankının cəmi öhdəlikləri isə 756.17 mln. manat təşkil edir.

Aktivləri…

“AccessBank”ın cəmi aktivlərinin həcmi  851.16 mln. manat təşkil edib. Aktivlərinin  535.31 mln. manatı kredit portfelidir. Bu portfelin isə  51.14 mln. manatı istehlak kreditləri, 476.69 mln. manatı biznesə verilən kredit, 7.48 mln. manatı isə əmlaka verilmiş kreditlərdir.

“AccessBank”ın banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmi  103.07 mln. manat təşkil edib.

Gəlirləri artıb…

“AccessBank”ın cəmi faiz gəlirlərinin həcmi 49.22 mln. manat olub ki, bu da illik müqayisədə 6.8% artıb.

Bankın faiz xərcləri 21.64 mln. manat təşkil edib ki, bu da 27.58 mln. manat xalis faiz gəlir əldə etməsi ilə nəticələnib.

Bankın ilin ilk yarımilliyi ərzində 5.03 mln. manat qeyri-faiz gəliri və 29.19 mln. manat qeyri-faiz xərcləri olub.

Beləliklə cari ilin ilk 6 ayını 1.53 mln. manat xalis mənfəətlə bitirib.

Son xəbərlər
Digər xəbərlər