15 C
Baku
Cümə, Oktyabr 22, 2021

“Accessbank”ın İdarə Heyətinə yeni sədr müavini təyin olunub

faizlere

“Accessbank” QSC-nin (bank haqda) İdarə Heyəti sədrinin yeni müavini təyin olunub.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu moldovalı bankir Andrey Zainulindir.

Andrey Zainulin bank sahəsində 15 illik iş təcrübəsində malikdir. Onun əsas fəaliyyəti kredit risklərinin iradəolunması və kreditlərin sağlamlaşdırılması, maliyyə və əməliyyat risklərinin idarəolunması və AML kimi sahələri əhatə edib.

A. Zainulin 2019-cu ilin aprel ayında səhmdarların ümumi yığıncağında qəbul olunan qərara əsasən İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

2017-ci ilin may ayından etibarən institusional layihələrlə məşğul olan “I.D. Inspiring Development GmbH” şirkətində baş bankir işləyib.

2015-2017-ci illərdə A. Zainulin Moldovanın “Mikroinvest” maliyyə şirkətində İdarə Heyətinin üzvü vəzifəsini tutaraq kredit portfelinin keyfiyyətinin və əməliyyat effektivliyinin yüksəldilməsi nəticəsində şirkətin inkişafına töhfə verib.

2004-2015-ci illərdə “ProCredit Bank Moldova”da müxtəlif vəzifələrdə, o cümlədən 3 il İdarə Heyəti sədrinin müavini kimi çalışıb.

A. Zainulin Moldova Dövlət Universitetini bitirib, ardınca təhsilini “ProCredit” akademiyasında, Frankfurt Maliyyə və Menecment Məktəbində davam etdirib.

Rus, ingilis və rumın dillərini bilir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər