6 C
Baku
Monday, December 16, 2024

“AccessBank”ın mənfəəti 6 dəfəyə yaxın artıb

“AccessBank” 2023-cü ilin 3-cü rübünü 29 milyon 309 min manat mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə bankın mənfəəti 5 milyon 269 min manat olmuşdur ki, bu da illik müqayisədə 5.6 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-sentyabr aylarında “AccessBank”ın gəlirləri 155 milyon 444 min manat (əvvəlki ilə nisbətən 43% çox), xərcləri 114 milyon 558 min manat təşkil edib. Əvvəlki ildə bankın gəlirləri 108 milyon 805 min manat, xərcləri isə 93 milyon 778 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin oktyabrın 1-nə “AccessBank”ın aktivləri 1 milyard 394 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 19% çoxdur. Bunun 949 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 22% böyüyüb.

a1

a2

Son xəbərlər
Digər xəbərlər