9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

“AccessBank”ın maliyyə vəziyyəti məlum olub

Azərbaycanda 100% xarici kapitallı olan “AccessBank” QSC 2020-ci ilin ilk rübündə 13 faiz daha çox faiz gəliri əldə etməklə cəmi faiz gəlirlərini 25,98 mln. manata çatdırıb.

Bu barədə Banker.az Bankın 31 mart 2020-ci il tarixi üzrə açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin yanvar-mart ayları ərzində “AccessBank” faiz xərcləri  10,72 mln. manat, qeyri-faiz gəlirləri 2,34 mln. manat və qeyri-faiz xərcləri isə 16,02 mln manat təşkil edib, nəticədə bankın əməliyyat mənfəəti 1,58 mln. manat olub.  Qeyd edək ki, ötən ilin eyni dövründə bankın əməliyyat mənfəəti 17,34 mln. manat təşkil edirdi. Bank problemli kreditlərdən 894 min manatı da əməliyyat mənfəəti üstə gəldikdən sonra xalis mənfəət 2,48 mln. manat həddinə keçib (ötən ilin eyni dövründə bank rübü 74,6 mln. manat zərərlə bitirmişdi).

“AccessBank”ın aktivləri  1 aprel 2020-ci il tarixinə 895,34 mln. manat olub ki, bunun da 604,05 mln. manatı müştərilərə verdiyi kredit portfelinin həcmidir. Kredit portfeli ilin ilk rübü ilə müqayisədə cəmi 1,1% azalma müşahidə edilib. Bu kreditlərin 61,74 mln. manatı istehlak krediti, 536,05 mln. manatı biznes və  5,81 mln. manatı isə əmlakdır.

Bank depozit portfelinin 588,35 mln. manat olmaqla, bunun, 497,6 mln. manatı fiziki şəxslər və 90,75 mln. manatı isə hüquqi şəxslərin vəsaitləridir.

Son xəbərlər
Oxşar xəbərlər