16 C
Baku
Cümə, May 20, 2022

“AccessBank”ın Müşahidə Şurasının üzvləri yenidən 3 il müddətinə seçiliblər

“AccessBank” QSC-nin Müşahidə Şurasının üzvləri yenidən 3 il müddətinə seçiliblər.

Bu barədə Banker.az banka istinadən xəbər verir.

Hazırda Müşahidə Şurasına rəhbərliyi Oleq İvaniyçuk Fedoroviç edir.

Müşahidə Şurasının üzvlüyünə isə George Rudleen Gordon Meade, Andrea Haqman Valter, Dariusz Kazimierz Kacprzyk  və Verner Claes Frans Jozef adlı şəxslər yenidən seçilib.

Bankın 258.71 milyon manat nizamnamə kapitalı var. Hazırda səhmlərin pay bölgüsü aşağıdakı kimidir:

1) Asiya İnkişaf Bankı – 19,90%;

2) Avropa İnvestisiya Bankı – 17,39%;

3) Beynəlxalq Maliyyə Korporasiyası – 16,56%;

responsAbility tərəfindən idarə edilən investisiya fondları:

4) responsAbility SICAV (Lux) – 5,18%

5) responsAbility Management Company S.A. – 7,11%

6) Hollandiya İnkişaf Bankı (FMO) – 9,41%;

7) Avstriya İnkişaf Bankı – 9,17%;

8) SIFEM AG – 8,89%;

9) EFSE – 2,78%

10) GGF – 1,77%

11) LFS Advisory GmbH – 0,13%

12) Qara Dəniz Ticarət və İnkişaf Bankı – 0,58%

Son xəbərlər
Oxşar xəbərlər