17 C
Baku
Sunday, May 26, 2024

“Accessbank”ın rəhbərliyinə yeni təyinat

“Accessbank” QSC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, bankın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Maria Molejon Fernanda Müşahidə Şurasının üzvü seçilib.

Digər üzv Verner Klas isə vəzifəsindən ayrılıb.

Bununla da, bankın Müşahidə Şurası bir sədr və 5 üzvdən ibarət olacaq:
Sədr:
• Oleq İvaniyçuk Fedoroviç
Üzvlər:
• Rudleen George Gordon Meade
• Haqman Andrea Valter
• Kacprzyk Dariusz Kazimierz
• Molejon Maria Fernanda

Xatırladaq ki, “Access Bank” 2002-ci ildə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258.7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19.89%), Avropa İnvestisiya Bankı (17.39%), Beynəlxalq Maliyyə Korporasiyası (16.56%), Hollandiya İnkişaf Bankı (9.41%), Avstriya İnkişaf Bankı (9.17%), SIFEM AG (8.89%), “Responsability Management Company S.A.” (7.11%), “Responsibility SICAV (Lux)” (2.91%), EFSE (2.78%), “Symbiotics SICAV (Lux)” (2.27%), GGF (1.77%), “LFS Advisory GmbH” (1.27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0.58%).

Son xəbərlər
 ⁠
Digər xəbərlər