27 C
Baku
Wednesday, April 24, 2024

“Accessbank”ın əsas səhmdarı Azərbaycana $250 milyonluq 2-ci krediti ayıra bilər

Asiya İnkişaf Bankı (AİB) “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” üzrə Azərbaycana $250 mln. məbləğində ikinci krediti yaxın zamanlarda ayırmağı nzərdə tutur.

Banker.az xəbər verir ki, bu barədə Interfax agentliyinə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

“Biz mayın 29-da Azərbaycan hökuməti ilə danışıqların növbəti raundunu keçirməyi planlaşdırırıq. Ümid edirik ki, razılığa gələ biləcəyik”, – deyə məlumatda qeyd olunur.

Xəbər verildiyi kimi, 2017-ci ilin dekabrında bankın Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 1) üçün Azərbaycana $250 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib.

Proqramın əsas məqsədi dövlət sektorunda idarəçiliyin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım edilməsindən ibarətdir. Proqramın reallaşdırılması vergi-büdcə planlaşdırılmasını yaxşılaşdırmağa, iqtisadiyyatı şaxələndirməyə imkan yaradacaq.

Proqrama iki altproqram daxildir. Onların 2020-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $4 mlrd.-dan çox kredit ayırıb. 2019-cu ildən etibarən Asiya İnkişaf Bankı Azərbaycanda fəaliyyət göstərən Accessbank QSC-nin səhmdarıdır (ətraflı)

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər