®“AccessBank” noyabr ayı üçün “Nağd kredit” kampaniyasına start verir. Belə ki, bu ay ərzində istehlak krediti üçün Banka müraciət edən müştərilər onu 0%-dən başlayan komissiya və illik 18%-dən başlayan kredit şərtləri ilə əldə edə biləcəklər. Bundan başqa, kampaniya çərçivəsində müştərilər əmək haqlarının 10 mislinədək kredit də əldə etmək imkanı qazanırlar.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.