ACE üzrə neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq

Azəri-Çıraq-Günəşli yatağına aid olan Azəri-Mərkəzi-Şərqi (ACE) platformasından neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq.

Bunu açıqlamasında BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips deyib.

O bildirib ki, gələn ilin birinci rübünə kimi dayaq bloku üzrə işlər yekunlaşdırılıb dənizə çıxarılacaq. May ayına kimi ACE platformasının tamamlanması gözlənilir. Platformada quyuların qazılması və hasilata başlanılması 2023-cü ilin sonu 2024-cü ilin əvvəlinə nəzərdə tutulub.

N.Filips əlavə edib ki, ACE ilk avtomatlaşdırılmış platforma olacaq. Bütün idarəetmə işləri platformadan deyil, Səngəçal terminalından aparılacaq.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər