4 C
Baku
Friday, January 27, 2023

AÇG əvvəlki kimi neft hasil etmir – Palata deyir ki, ARDNF-in gəlirlərinin “kəskin azalması ehtimalı” var

Növbəti ildən Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil edilən neftin həcmi bir qədər də azalacaq.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.

Palataya görə, respublikanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər Fondun gəlirlərinin strukturunda ən böyük paya malikdir. Fond tərəfindən təqdim edilən məlumata əsasən 2023-cü ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının həcminin 129,6 mln. barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2022-ci ilin göstəricisinə (153,1 mln. barel) nisbətən 23,5 mln. barel azdır.

Bunun da 64.1 mln. barrelində dövlətin (ARDNF) payı vardır. Beləliklə, ARDNF buradan 3 milyard 055.2 mln. ABŞ dolları gəlir deməkdir.

“AÇG yatağı üzrə son illərin proqnoz göstəricilərinin müqayisəsi nəticəsində 2015-ci ilin hasilat proqnozu ilə 2023-cü ilin hasilat proqnozu arasında təqribən 102. mln. barel və ya 44.0% azalma müşahidə edilmişdir” – deyə, Palata bildirir. Əlavə edir ki, “təqdim edilmiş proqnoz göstəricilərinə əsasən azalma tendensiyasının növbəti illərdə də davam etməsi gözlənilir ki, ortamüddətli proqnozda neftin qiymətinin 2023-cü ilin göstəricisi ilə sabit götürülməsi halında bu mənbə üzrə ARDNF-in gəlirlərinin kəskin azalması ehtimalı yaranır”.

234324234234

Son xəbərlər
Digər xəbərlər
X